Qəza nəticəsində 8 kəndin qazı kəsilib

ns45shtosjHEparGq24zJGNgudPzBxzLsZSGL4GN_1200

Şərur rayonunda yol-nəqliyyat hadisəsi zamanı minik avtomobili qaz xəttinə çırpılıb və nəticədə xətt sıradan çıxıb.

Oxu.Az-ın məlumatına görə, qəza zamanı avtomobil D-159-luq qaz xəttini zədələyib. Təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq Vərməziyar, İbadulla, Qışlaqabbas, Ərəbyengicə, Qarahəsənli, Tumaslı və Diyadin kəndlərində qazın verilişi müvəqqəti dayandırılıb.

Hazırda bərpa işləri aparılır və işlər başa çatdıqdan sonra həmin ərazilərə təbii qazın verilməsi bərpa olunacaq.

Şərurda qəza olub, 8 kəndin qazı kəsilib

Qaz təchizatında fasilələr