Yardımlıda şagirdlər qonşu kənd məktəbinə çətinliklə gedirlər 

694fa3544e5fa694fa3544e5fb1766826836983fc37dccff2ebc568b3c97d51f22f2

Yardımlıda bağlanan sinfin şagirdləri təhsillərini davam etdirmək üçün qonşu kənd məktəbinə gedirlər.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, söhbət Şıxlar kənd orta məktəbinin 4 şagirdindən gedir. Sentyabrdan bağlanan siniflərinə görə məcbur qalıb təhsillərini Çanaqbulaq kənd orta məktəbində davam etdirirlər

Valideynlərin sözlərinə görə, Çanaqbulaq kəndinə gedən yol bərbad vəziyyətdədir: “Əsasən də qarlı və şaxtalı havalarda çətinlik daha da artır. Buna görə də bəzən övladlarımızı məktəbə atla aparıb-gətirməyə məcbur qalırıq”.

Valideynlər bildirir ki, sinfin yenidən açılması üçün tələb olunan şagird sayı artıq mövcuddur. Hazırda valideynlər sinif otağının yenidən açılmasını, övladlarının öz kəndlərində təhsil almaları üçün müvafiq qurumlardan xahiş edirlər.

Qeyd edək ki, şagirdlərin Şıxlar kəndindən Çanaqbulaq kəndinə getmələri də vaxt itkisi olur.

Foto

Yardımlıda şagirdlər qonşu kənd məktəbinə çətinliklə gedirlər - FOTO