Uşağını qoyub Türkiyəyə qaçan Nailə Şirinova Esra Erolun verilişində tapıldı

STlG4vm4y2SMbbkIZhflVzVqlF78u9yiyDPZHWxt_1200

İyulun 23-də 3 yaş yarımlıq uşağını tərk edərək Azərbaycandan Türkiyəyə qaçan Nailə Şirinovanın qaldığı yeri tapılıb.

Olkemedia bu barədə “Sabah” qəzetinə istinadən xəbər verir.

Nailədən ayrı qalan ata Səməd Şirinov Türkiyədə yayımlanan “Esra Erol” verilişində iştirak etmək üçün qonşu ölkəyə aparılıb.

Verilişin aparıcısı Esra Erol və komandası Səməd Şirinovun qızını aparılan araşdırma nəticəsində tez bir zamanda tapıb.

Müəyyən edilib ki, Nailə Şirinova beş aydır Kocaeli vilayətinin Derince rayonu yaxınlarında Bekir Özdemir adlı kişinin yanındadır.

Ata və qız uzun müddətdən sonra ilk dəfə canlı yayımda səsli görüşüblər. Bununla belə, Nailə atası ilə üz-üzə görüşməyi rədd edib.

Türkiyə