Keçmiş məcburi köçkün: “Həsrətlə bu günü gözləmişik”

fi9GuF9TSoMOj1c9Ga7hmmjRb0Tx3TiyGtrof4TW_1200

“33 ildən sonra doğma yurduma qayıdıram. Çox həyəcanlıyam, həsrətlə bu günü gözləmişik”.

Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Xocalı rayonunun Şuşakənd kəndinə köç edən Mahmud Pirqulu oğlu Quliyev deyib.

O, sözlərinə belə davam edib:

“Allah Prezidentimizə cansağlığı versin, şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə isə sağlamlıq arzu edirəm. Bu günü bizə bəxş edən onlardır. Dövlətimiz var olsun”.