Türkiyə Ağdamda peşə təhsili müəssisəsini tikmək istəyir
“Türkiyə tərəfi Ağdamda peşə təhsili müəssisəsinin tikintisi ilə bağlı təşəbbüs irəli sürüb”.
Xia.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı deyib.

O bildirib ki, hazırda bu məsələ gündəlikdə aktualdır:
“Bu sahədə qardaş Türkiyənin təcrübəsinin bizim üçün faydalı olacağına inanırıq”.