Mikroavtobus qəzaya uğradı.

w8a1nFYwLXy5FKFnN4rsCapQtq9Mnz0fiRwQoMgO_1200

Oğuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüat məlum olub.

Oxu.Az-ın məlumatına görə, qəzaya uğrayan “Mercedes-Vito” markalı mikroavtobus Bakı-Balakən marşrutu üzrə sərnişin daşıyırmış. Qəza nəticəsində ölən və yaralanan sərnişinlərin hamısı Balakən rayon sakinləridir. Onlar Bakıdan Balakənə qayıdırdılar.

İlkin məlumata görə, hadisəyə yüksək sürət səbəb olub.

Faktla bağlı araşdırma aparılır.