Karen Avanesyanın məhkəməsində şahid ifadələri dinlənilib

1xtlN6O9ezxsJQZ5P3pFlAO1xdCO0iVkcULf0sci_1200

Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən Karen Avanesyanın davam etdirilən məhkəməsində şahid ifadələri dinlənilib.

Olkemedia “Report”a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə hakim Natiq Əliyev sədrlik edib.

Məhkəmə prosesində zərər çəkənlərin və hadisə şahidlərinin ifadələri dinlənilib.

Növbəti məhkəmə prosesi dekabrın 22-nə təyin olunub.