FHN-nin sabiq naziri qəfil vəfat etdi

wQCkm4i51PoOvtMP1ZT9swkb5A7rtFlcjmJJJCvH_1200

Naxçıvan Muxtar Respublikasının keçmiş fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev vəfat edib.

Olkemedia “Qafqazinfo”ya istinadla xəbər verir ki, 63 yaşlı general bir müddət əvvəl infarkt keçirib.

Müalicə almasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, Ş. Abdullayev 2023-cü ildə vəzifəsindən azad olunub.