​Mərkəzi Aran RTİ: Bu Vəzifələrinə İşə Qəbul Müsabiqəsi Başlayır

FB_IMG_1765262983729

Mərkəzi Aran Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində Kitabxana müdiri, kompüter laborantı vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edilir. Müsabiqə 3 mərhələdən (qeydiyyat və sənədlərin yoxlanılması, müsahibə və vakant yerlərin seçimi) ibarətdir.Qeyd olunan vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 09 dekabr tarixindən 12 dekabr 2025-ci il tarixinədək https://forms.gle/RUNs4EhdtyErmutf6 vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeyd: ​Mərkəzi Aran RTİ: Kitabxana Müdiri və Kompüter Laborantı Vəzifələrinə İşə Qəbul Müsabiqəsi Başlayır

İstərdik ki, kitabxana müdiri vəzifəsi üzrə orta ixtisas təhsili, kitabxana işi sahəsində 5 ildən az olmayaraq əmək stajı və ya ali kitabxanaçılıq və ya ali pedaqoji təhsil, 3 ildən az olmayaraq kitabxana işi sahəsində əmək stajı olan şəxslər iştirak edə bilərlər. Bildirmək istərdik ki, kompüter laborantı vəzifəsi üzrə müsabiqədə aşağıdakı linkdə qeyd olunan ixtisaslar üzrə diplomu (sənədi) olan şəxslər iştirak edə bilərlər.

https://shorturl.at/3fyIE Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslərin elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra namizədlər müsabiqənin növbəti mərhələsinə dəvət ediləcək. Namizədlərdən xahiş olunur ki, sənədləri qeydiyyat linkində tələb olunan formada göndərəsiniz. Əks halda namizədliyiniz qeydə alınmayacaq.Adıçəkilən vəzifə üzrə müsabiqə proqramı, test imtahanının ədəbiyyat siyahısı və vakant yerlərin siyahısı ilə bağlı məlumatları aşağıdakı linklərə keçid etməklə əldə edə bilərsiniz.

Müsabiqə proqramı: https://shorturl.at/C4l5q

Vakant yerlərin siyahısı: https://shorturl.at/o05wn