Göygöldə maşın aşdı: Bir nəfər həlak oldu
Göygöl rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Olkemedia Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı “Niva” markalı minik avtomobili yolun kənarına aşıb.
Hadisə nəticəsində bir nəfər həlak olub.
Faktla bağlı araşdırma aparılır.