Mayor Şahin Quliyevə HÖKM OXUNDU – Rüşvət alıbmış

TQgIG3ZcLu13LnQvOJiTzjWubM3e5XBqzUURH5XL_1200

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi, mayor rütbəsində xidmət etmiş Şahin Quliyevin barəsində rüşvət alma ittihamı ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə yekun məhkəmə iclası keçirilib.

Olkemedia Oxu.Az-a istinadən, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə Şahin Quliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi Şahin Varis oğlu Quliyev DTX tərəfindən saxlanılmışdı.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX)

Azərbaycan Ordusu