Kamran Əliyev Buxarestə getdi.

1763922506_176392053463547264_1200x630

Rumıniyalı həmkarı Aleks Florentsanın dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Buxarestdə işgüzar səfərdədir.

Olkemedia “Unikal”-a istinadən xəbər verir ki, səfər çərçivəsində noyabrın 23-də nümayəndə heyəti Buxarest şəhərinin Tey Parkında ucaldılmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstünü ziyarət edib. Ziyarət zamanı Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub, büstün önünə əklil və güllər düzülüb.

Səfər çərçivəsində Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizin Rumıniyadakı səfirliyini ziyarət edərək diplomatlarımızla görüşüb, onların iş şəraiti ilə maraqlanaraq ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin gücləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıb. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən hazırlanan “Qarabağ Azərbaycandır” kitabı səfirliyin kitabxanasına hədiyyə olunub.

Kamran Əliyev Buxarestə getdi - FOTOLAR
Kamran Əliyev Buxarestə getdi - FOTOLAR
Kamran Əliyev Buxarestə getdi - FOTOLAR
Kamran Əliyev Buxarestə getdi - FOTOLAR