Gürcüstan Milli Müdafiə Qüvvələrində ilk dəfə azərbaycanlı qadın leytenant rütbəsi alıb

jKWVpZznSnp9W4dd3Cn0fye5SZ3ReBEhhgCAfir7_1200

Gürcüstan Milli Müdafiə Qüvvələrində ilk dəfə etnik azərbaycanlı qadın zabit rütbəsi alıb.

Olkemedia xəbər verir ki, bu barədə 24News.ge məlumat yayıb.

Qadın hərbçi Sevil Məmmədova akademiyanı leytenant rütbəsi ilə bitirib.

S.Məmmədova bu il ali hərbi təhsilini başa vurub və karyerasını Gürcüstan Milli Müdafiə Qüvvələrində davam etdirməyi planlaşdırır.