Göyçay Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

SpxG8CD0ho4rwls4s9qAv8OEz3YK6eHLieX034Nf_1200

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Orxan Çingiz oğlu Mürsəlov bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Olkemedia AZƏRTAC-a istinadən xəbər verir ki, təqdimatda çıxış edən Zeynal Nağdəliyev dövlətimizin başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

O.Mürsəlov ona göstərilən etimada görə minnətdarlıq edib.