Ramil Səfərovun həyat yoldaşı BDU-dakı işindən ayrıldı

CthGRwEncnyWGDV4yuv9kQHtpXk8QvdPDxP6MtSE_1200

Bakı Dövlət Universitetinin (BDU) rektorunun müşaviri Şəbnəm Səfərova işindən ayrılıb.

Olkemedia Modern.az-a istinadla xəbər verir ki, polkovnik-leytenant Ramil Səfərovun həyat yoldaşı universitetdəki fəaliyyətini sonlandırıb.

O, BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri vəzifəsində çalışırdı.

Şəbnəm Səfərovanın işdən ayrılma səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, Ş.Səfərova bu vəzifəyə 2023-cü il yanvar ayında təyin edilib.