Zakir Həsənov Türkiyəyə başsağlığı verib

1WczLOxp68P5LND9lav9715UkborD5jJH1NHO3Jy_1200

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.

Olkemedia xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Başsağlığında deyilir:

“Azərbaycandan Türkiyəyə yola düşən “C-130” hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.

Qeyd edək ki, bu gün Azərbaycandan havaya qalxan Türkiyəyə məxsus “C-130” hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.

Zakir Həsənov

Yaşar Güler