Ağdərənin Talış kənd tam orta məktəbinin bütün məzunları tələbə adını qazanıblar

7wTm5CptfZmP7R8QPo0o9LlHNGgMHhATagrR0Moc_1200

İşğaldan azad olunmuş Ağdərə rayonunun Talış kənd tam orta məktəbinin məzunları növbəti uğura imza atıblar.

Olkemedia xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, 2024-2025-ci tədris ili üzrə məktəbin buraxılış sinfini bitirən bütün şagirdlər ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanıblar:

“Ən yüksək nəticəni Nigar Məmmədli göstərib. O, 609 balla Bakı Dövlət Universitetinə qəbul olunub. Digər məzunlardan Lalə Alışova Memarlıq və İnşaat Universitetində, Sirat Qarayev Xəzər Universitetində, Çinarə Qarayeva Gəncə Dövlət Universitetində təhsillərini davam etdirəcəklər”.

Qeyd edək ki, Talış kənd tam orta məktəbini bu il ümumilikdə dörd nəfər bitirib və onların hər biri tələbə adını qazanmaqla məktəbin tarixində mühüm nailiyyətə imza atıblar.