Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın baş verib

i0mYBBtCFqoDQg9RLM8WRp7BQF7RApPWEPgOK34S_1200

Sumqayıt şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində elektrik lövhəsində yanğın baş verib.

Olkemedia xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğın nəticəsində 10 ədəd elektrik sayğacı, 10 ədəd qoruyucu açar və 3 m kabel yanıb.

Yanğın hadisəsi zamanı mənzillər yanğından mühafizə olunub. Hadisə yerinə dərhal yanğından mühafizə bölmələri cəlb olunub və yanğın vaxtında söndürülüb.

Yanğın hadisəsi

Sumqayıt şəhəri

Fövqəladə Hallar Nazirliyi (FHN)