İmişlidə I Qarabağ müharibəsinin itkin-şəhidi Elçin Heydərov dəfn edilib
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Elçin Heydərov dəfn edilib.
Olkemedia “Report”a istinadla xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi rayonun Ağaməmmədli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Vida mərasimində şəhidin doğmaları, İmişli rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Elçin Ağamməd oğlu Heydərov 1971-ci il oktyabrın 1-də İmişlinin Ağaməmmədli kəndində anadan olub. 1994-cü il yanvarın 12-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.





