Azərbaycanın xarici borcu azalıb
Azərbaycanın xarici dövlət borcunun həcmi 1 oktyabr 2025-ci il tarixinə 4 milyard 893.1 milyon dollar təşkil edib.
Olkemedia Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, ilin əvvəli ilə müqayisədə xarici borc 236.6 milyon dollar azalıb.
Xarici borcun strukturunda sabit faizli öhdəliklər 51.1 faiz, dəyişən faizli öhdəliklər isə 48.9 faiz olub.
Ödəniş müddətinə görə xarici borcun bölgüsü belədir: borcun 50.7 faizi 5 ilədək, 43.9 faizi 5 ildən 10 ilədək, 5.4 faizi isə 10 ildən uzun müddətə planlaşdırılıb.
Valyuta üzrə bölgüyə nəzər saldıqda, xarici borcun 85.3 faizi dollar, 6.3 faizi avro, 3.4 faizi XDR (Beynəlxalq Rezerv Valyutası), 3.3 faizi yapon yeni, 1.7 faizi isə digər valyutalar üzrədir.
2025-ci ilin 1 oktyabr tarixinə dövlət büdcəsinin xarici borcun əsas hissəsi üçün 435.8 milyon dollar, faiz xərclərinə isə 191.8 milyon dollar ödəniş edilib.