Oğuzda ətraf mühitin qorunması ilə bağlı əməliyyat: Dörd nəfər məsuliyyətə cəlb olundu

oTP5dpQHDVr7AyIsR6xTwGA87ynLlNSQiuyFxAOH_1200

Oğuz rayonunda polis əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.

Olkemedia xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Məlumata görə, tədbirlər zamanı rayonun Şirvanlı və Tayıflı kəndləri ərazisində qanunsuz şəkildə ağac kömürü istehsal edən quyular aşkarlanıb. Qanunsuz fəaliyyətlə məşğul olan dörd nəfər barəsində toplanmış materiallar müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti üzrə göndərilib.

Aşkarlanmış kömür quyularının fəaliyyəti isə dərhal dayandırılıb.

Oğuzda ətraf mühitin qorunması ilə bağlı əməliyyat: Dörd nəfər məsuliyyətə cəlb olundu

Oğuz rayonu

Daxili İşlər Nazirliyi (DİN)