General-mayor İlqar Abbasov vəzifəsindən azad edildi – SƏRƏNCAM
General-mayor İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib.
Olkemedia AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.