Azərbaycanda media subyektlərinə vergi güzəştinin müddəti daha üç il uzadılır

ekyCXyOLQaR6wMmg2spXIKnDc571PEgGM26JiMET_1200

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır.

Olkemedia APA-ya istinadla xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Qeyd edək ki, media subyektləri üçün 3 illik vergi güzəştinin müddəti 2026-cı il yanvarın 1-də başa çatırdı. Beləliklə, bu müddət daha 3 il uzadılır.