“Taxtakörpü” su anbarında meyit tapılıb

qSPDJoN7sqCzJrxmbaQDGYK9GQtWLs6I9JTio8eP_1200

“Taxtakörpü” su anbarında bir nəfərin meyiti tapılıb.

Olkemedia xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.