Paytaxtda 5 ünvanda minib-düşmə yeri yaradılıb

3kybir7Iy2ztrBii82GHQH4LgHPiX8Sbc6B566Ms_1200

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən daha 5 ünvanda minib-düşmə yeri yaradılıb.

Olkemedia xəbər verir, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, məntəqələr A.M.Şərifzadə küçəsində Respublika Klinik Xəstəxanasının qarşısında, A.M.Şərifzadə küçəsində 2 nömrəli Bakı Baza Tibb Kollecinin qarşısında, A.M.Şərifzadə küçəsində “Kontakt Home”un qarşısında, A.M.Şərifzadə küçəsində “İrşad Telecom”un qarşısında və C.Cabbarlı küçəsində “Amber Hotel”in qarşısında yerləşəcək.

Qeyd edilib ki, minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)

Dayanacaq