Astarada ƏMƏLİYYAT – 55 kiloqram narkotik AŞKARLANDI

C0W3inUBtLC6MXn7s3jKN8HtnjAuamQANi2JqL9E_1200

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi Astarada əməliyyat keçirib.

Olkemedia xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, Astara rayonunda baş tutan tədbir zamanı 1977-ci il təvəllüdlü əvvəllər də narkotiklərin satışını təşkil etdiyi üçün məhkum olunmuş Elçin Cavadov saxlanılıb. Ondan 55 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, metamfetamin və tiryək aşkarlanıb.

Araşdırma zamanı E.Cavadovun Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotikləri keçirən əsas şəxslərdən biri olması müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.