Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfərə gəlib

6mNTcMxJPvfIOz2Oshn8VEcHEwCALlVZIK0qqo6m_1200

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 6-da Azərbaycana səfərə gəlib.

Olkemedia AZƏRTAC-a istinadən xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.

Kasım-Jomart Tokayev

Kasım-Jomart Tokayevin Azərbaycan səfəri

TDT-nin Qəbələ sammiti