Daxili Işlər Nazirliyinin şəxsi heyəti Anım Günü ilə bağlı Zəfər parkını ziyarət edib

cKPgITitasz7j2eoZe9YqXEnMSGD5QsFQKooPQpn_1200

Daxili İşlər Nazirliyinin şəxsi heyəti 27 sentyabr – Anım Günü ilə bağlı Zəfər parkını ziyarət ediblər.

Olkemedia xəbər verir ki, bu barədə nazirliyin Mətbuat Xidməti məlumat yayıb.

Heyət 44 günlük Vətən müharibəsində respublikanın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər.

Həmçinin xatirə daşının önünə gül dəstələri qoyublar.