Kriştianu Ronaldu millidəki karyerasını başa vurdu

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu yığmadakı çıxışını başa vurduğunu açıqlayıb.
Olkemedia.az xəbər verir ki, 41 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, Portuqaliya millisinin formasını 23 il geyinməyin böyük şərəf və məsuliyyət olduğunu bildirib:
“Ey portuqallar, hamımızın milli komandasının yeddi nömrəli köynəyini geri qaytarmaq günü gəldi. Heç vaxt onu yalnız özümə məxsus hesab etməmişəm. Lakin 23 il ərzində onu geyinmək, qorumaq və dünyanın hər yerində stadionlara aparmaq imtiyazına və məsuliyyətinə sahib oldum. Bu gün gələcəyə təhvil vermək anı gəldi”.
Futbolçu qərar verməyin onun üçün asan olmadığını, 2003-cü ilin avqustunda başlayan və həyatını dəyişən bir yolun sona çatdığını vurğulayıb.