Qaxda BMW aşdı: Xəsarət alan var

kkyKfcm5a4RZZpkihzZGERk9yovTRBtMtHoL9L0x_1200


Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə ötən gecə saat 23 radələrində Qax-Qorağan yolunda qeydə alınıb.

Qax rayon sakini, 1986-cı il təvəllüdlü Paşa Yəhyayev BMW markalı avtomobilə idarəetməni itirib və maşın aşıb. Hadisə nəticəsində P.Yahyayev xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.