Goranboyda avtomobil dərəyə aşıb, ölən var

FgaQbJQILxxLWx2rJ64rBEelboWlreyMmrNQNzIa_1200


Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb.

Hadisə rayonun Totan kəndində baş verib. VAZ-2121 markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Qəza nəticəsində sərnişin, 1962-ci il təvəllüdlü Naqilə Həsənəliyeva aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.