Əli Kərimlinin cinayət işi məhkəmə baxışına verildi

yIkWHLQrfiMulgmitPAFJ9WGJn6WpWA35nB7s5Du_1200


AXCP sədri Əli Kərimlinin barəsindəki cinayət işi üzrə bu gün baş tutan məhkəmə iclasında ilkin dinləmələr keçirilib.

Olkemedia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə reallaşan prosesdə müdafiə tərəfinin vəsatətləri müzakirə edilib.

Bundan sonra hazırlıq iclası yekunlaşıb və hakim işin məhkəmə baxışına verildiyini elan edib.

Baxış iclası noyabrın 13-nə təyin olunub.