Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

gmf3pMCLNwKWmCVAjjNtP61QHMIPcVkSkVzJUK1U_1200

Azərbaycanın sərbəst güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.

Olkemedia.az Oxu.Az-a istinadən xəbər verir ki, üçüncü yarış günündə Vasif Bağırov (57 kq) təsəlliverici görüşdə yaponiyalı Rin Sakamotoya heç bir şans tanımayıb – 10:2.

Güləşçimiz həlledici qarşılaşmada isə moldovalı moldovalı Yon Bulqarunu 8:2 hesabı ilə üstələyərək bürünc medala sahib çıxıb.

Azərbaycan Güləş Federasiyası