Bu restoranlarda nöqsanlar aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kütləvi tədbirlər zamanı qidalanmanın təşkilinə nəzarət və tənzimləmə tədbirləri ilə əlaqədar hazırlıq işlərini davam etdirir.
Olkemedia xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, tədbirlər çərçivəsində Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları Gəncə şəhəri və Göygöl rayonunda fəaliyyət göstərən ictimai-iaşə obyektlərinin qida təhlükəsizliyi sahəsində qiymətləndirilməsi məqsədilə monitorinqlər həyata keçirib. Bəzi ictimai iaşə müəssisələrində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb, nöqsanların aradan qaldırılması ilə bağlı məsul şəxslərə icrası məcburi göstərişlər verilib.
| № | Müəssisə | Ünvan | Aşkarlanan nöqsanlar |
| 1 | “Gilavar-2” restoranı | Göygöl şəhəri, A.Kazımov küçəsi | 1.Mətbəx və manqal sahələrində havalandırma sisteminin qurulmadığı2.Soyuducularda mal qonşuluğu prinsipinin pozulduğu3.Qida məhsullarının qəbuluna və istifadəsinə dair nəzarətin aparılmadığı, filtrasiya və təmizləmə proseslərinin kifayət etmədiyi4.Qida məhsullarının emalı, istehsalı və saxlanması üçün tələb olunan şəraitin təmin edilmədiyi |
| 2 | “Üç Qardaş” restoranı | Gəncə şəhəri, Gülüstan qəsəbəsi | 1.İstehsal və köməkçi sahələrdə temperatur və təmizlik nəzarətinin aparılmadığı2.İşçi heyətin şəxsi gigiyena qaydalarına riayət etmədiyi3.Qəbul edilən məhsulların etiketlənməsi, qablaşdırılması və yararlılıq müddətinə nəzarət olunmadığı, yararlılıq müddəti bitmiş məhsulların satışına yol verildiyi |
| 3 | “Kolorit” restoranı | Gəncə şəhəri, Cavadxanküçəsi 2 | 1.Anbar sahəsinin standartlara uyğun olmadığı2.Mətbəxdə divar səthlərinin tamlığının pozulduğu, havalandırma sisteminin standartlara uyğun olmadığı3.Fritoz yağlarının vaxtlı-vaxtında dəyişdirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi |
| 4 | “Aşurlu” restoranı | Gəncə şəhəri, Totanlıküçəsi 36 | 1.Toyuq ətinin keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədin mövcud olmadığı2.Keyfiyyəti və mənşəyi barədə məlumat olmayan süd məhsullarından istifadə edildiyi, üzərində istehsalçı, tərkib, istehsal tarixi və saxlanma şəraiti ilə bağlı qeydlərin olmadığı3.Çalışan işçilərin sanitar geyim forması ilə təmin olunmadığı |
| 5 | “Polad” restoranı | Gəncə şəhəri, H.Əliyev və P.Səmədov küçələrinin kəsişməsi | 1.Qida məhsulu ilə təmasda olan material və məmulatların saxlanması üçün sahə və bölmələrin ayrılmadığı2. Tullantı qutularının mövcud olmadığı3.Mətbəx və manqal sahəsində istifadə olunan alət və avadanlıqların təmizlənəbilən, korroziyaya davamlı və qeyri-toksik materialdan hazırlanmadığı |
| 6 | “Aytac” restoranı | Gəncə şəhəri, Ü.Hacıbəyov və S.Şirazi küçələrinin kəsişməsi | 1.Qida məhsullarında istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi2.Müəssisənin emal və yardımçı sahələrində döşəmə və divar səthlərinin tamlığının pozulduğu3.Mətbəxdə istifadə olunan masaların standartlara uyğun olmadığı4.Mətbəxdə pəncərələrin sınıq olduğu və standartlara uyğun olmadığı |



İctimai-iaşə obyektlərində monitorinq
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (