Salyanda 34 yaşlı qadın xəstəxanada öldü

ZZ5CVGmXaVQSWdDzy9EjEt2A98JtODY0pkhMliO3_1200

Salyan rayonunda 34 yaşlı qadın ölüb.

Olkemedia.az -ın məlumatına görə, hadisə iyulun 6-da axşam saatlarında baş verib.

Rayonun Qarabağlı kənd sakini 1992-ci il təvəllüdlü Aygül Vəliyeva evində olarkən qan təzyiqi qəfil düşüb. O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. A.Vəliyeva xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.