Bakıda 40 yaşlı kişi küçədə öldü

QpUOgnUNAklZ3CDKRTruteFxCr8sc4kxJEr8VVLm_1200

Bakıda 40 yaşlı kişi küçədə ölüb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə iyulun 6-sı saat 20 radələrində paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsinin ərazisində baş verib.

Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Toğrul Azər oğlu Məmmədov küçədə infarkt keçirib. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar aparılır.