Yaponiyada güclü zəlzələ baş verib

achQMKPKj40YCJlMscKNRXf47IFvF6jaVvtyy3ld_1200

Yaponiyanın Honsü adası sahillərində 6 maqnitudalı zəlzələ qeydə alınıb.

Olkemedia.az  xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 239 min nəfərin yaşadığı Aomori prefekturasının Haçinohe şəhərindən 70 km cənub-şərqdə yerləşib. Yeraltı təkanın ocağı 59 km dərinlikdə qeydə alınıb.

Sunami təhlükəsi ilə bağlı hər hansı xəbərdarlıq verilməyib.