Gömrük tariflərində dəyişiklik gözlənilirmi?

2nJhJbzBxUKeuvD8yAK2kJZBep0HWI7CRa5x6Ok3_1200

“Hazırda Azərbaycan gömrük tariflərinin azaldılması və ya yeni tarif güzəştlərinin tətbiqi ilə bağlı hər hansı təşəbbüs gündəmdə deyil”

Olkemedia.az  Baku TV-yə istinadən xəbər verir ki, bunu “Report” və İTV-yə müsahibəsində Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirib.

O qeyd edib ki, bununla belə, mövcud azadolmaların iqtisadi artıma və məhsul istehsalına hansı dərəcədə töhfə verdiyini müəyyən etmək istiqamətində işlər aparılır. Komitə sədrinin sözlərinə görə, tarif siyasətinin əsas məqsədi iqtisadi aktivliyin artırılması, istehsalın genişləndirilməsi və ixrac potensialının gücləndirilməsidir. Bu məqsədlə müxtəlif sahələr və əmtəə qrupları üzrə gömrük və vergi azadolmaları tətbiq edilir.