Hindistanda fırtına 90-a yaxın insanın həyatına son qoydu
Hindistanın şimalında, Uttar-Pradeş ştatında güclü yağış və fırtına nəticəsində azı 89 nəfər həlak olub.
Olkemedia.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli qurumlara istinadən məlumat yayıb.
Qeyd olunur ki, ölüm hadisələrinin bir qismi ağacların insanların üzərinə aşması və evlərin divarlarının uçması nəticəsində baş verib.
Məlumata görə, bu cür hava şəraiti sözügedən ştat üçün xarakterikdir və adətən mart-iyun aylarında müşahidə edilir.