Çilidə güclü zəlzələ baş verib

IK86xGMNySoswwipndl7npr3nX9YuglyhhjRJoS1_1200

Çilinin mərkəzi bölgəsində 5.8 maqnitudalı yeraltı təkanlar baş verib.

Olkemedia.az xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayımlayıb.

Yeraltı təkanların episentri təxminən 22 000 nəfər əhalisi olan Lebu şəhərindən 34 km cənub-qərb istiqamətində yerləşib. Zəlzələ ocağı 23 km dərinlikdə qeydə alınıb.

Dağıntılar və xəsarət alanlar barədə heç bir məlumat daxil olmayıb.