Gəncədə zavod yandı
“Gəncədəki zavodda baş verən yanğının qarşısını almaq üçün 10 nəqliyyat vasitəsi və 60 nəfər canlı qüvvə cəlb olunub”.
Olkemedia.az xəbər verir ki, bunu “Report”a Gəncə şəhər Dövlət Yanğından Mühafizə idarəsinin rəis müavini Cavidan Avşarov açıqlayıb.
“04:38-də qaynar xəttə yanğınla bağlı məlumat daxil olub və hadisə yerinə ümumilikdə 10 nəqliyyat və 60 nəfər canlı qüvvə cəlb olunub”, – o bildirib və əlavə edib ki, yanğın 1500 kvadratmetr ərazini bürüyüb:
“Şəxsi heyət tərəfindən yanğın operativ şəkildə söndürülüb. Xəsarət alan olmayıb. Ümumilikdə tum (günəbaxan tumu – red.) zavodunun 500 kv.m anbar hissəsi yanğından mühafizə edilib”.