Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri ÖLDÜ
Bakıda gənc oğlanın dəm qazından zəhərlənib ölməsi, yeniyetmənin isə zəhərlənməsi üzrə araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, aprelin 28-də paytaxtın Xətai rayonu ərazində yerləşən evlərdən birində 19 yaşlı Yusuf Atalayın dəm qazından zəhərlənərək ölməsi, 14 yaşlı yetkinlik yaşına çatmayan şəxsin isə zəhərlənməsi faktı üzrə Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.