Ağdaşda 68 yaşlı kişi kafedə öldü

2D36yMrLlR9ygXIzszY9i7iAb62Nx7is1ntgCNTr_1200

Ağdaş rayonunda 68 yaşlı kişi kafedə ölüb.

Olkemedia.az -ın məlumatına görə, hadisə rayonun Ləki qəsəbəsi ərazisindəki kafedə baş verib.

Qəsəbə sakini, 1958-ci il təvəllüdlü Rəfael Əzizov kafedə spirtli içki qəbul edəndən sonra qəfil halı pisləşib. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.