Biləcəridə QƏZA: Yük maşını qaz borusuna çırpıldı

r13vTyueYqWWaARhzbqT48Wbaz4zmj5RRwNMs5Uc_1200

Bakının Biləcəri qəsəbəsində, “DSK yolu” kimi tanınan ərazidə yol-nəqliyyat hadisəsi baş verib.

Olkemedia.az  xəbər verir ki, hadisə zamanı minik avtomobili ilə yük maşını toqquşub. Zərbənin təsirindən idarəetməsini itirən yük avtomobili yol kənarındakı qaz borusuna çırpılıb.

Toqquşma nəticəsində yük maşınının kabinə hissəsi tamamilə yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.