Nazir bir il sonra polkovnikin yerinə kapitanı rəis təyin etdi

5GExvyme3IRAUrv2MTEgYJfUXsQH4wfDyZK9Rh7s_1200

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin edilib.

Olkemedia.az  “Qaynarinfo”ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə daxili xidmət kapitanı Ramil Adilzadə həmin vəzifəyə təyin olunub.

Qeyd edək ki, ötən ilin aprel ayında İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin rəisi polkovnik-leytenant İlkin Cəfərov vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.