Xınalıq yolundakı “qar divar”lar
Qubanın dağlıq ərazilərinə qar yağır. Hazırda Xınalıq kəndində qar örtüyünün hündürlüyü 10 santimetrə çatır.
Olkemedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, ötən günlərdən yağan qar Quba rayonunun Susay-Xınalıq avtomobil yolunda maraqlı mənzərə yaradıb.
Susay və Qalaxudat kəndləri istiqamətində yolun bəzi çökək hissələrində qar örtüyünün hündürlüyü 3 metrə çatır. Qar kütləsi texnika vasitəsilə yolun hərəkət hissəsindən təmizlənsə də, kənarlarda “qar divarları” qalmaqdadır. Bu mənzərəni bəzi yerlərdə bir kilometrədək məsafədə müşahidə etmək olar