Prezident təqaüdçüsü prestijli London İmperial Kollecinə qəbul olunub
Bakı Ali Neft Məktəbinin V kurs tələbəsi Röya Qasımova dünya reytinqinin ikincisi olan London İmperial Kollecinin Maliyyə və mühasibat ixtisası üzrə magistratura pilləsinə qəbul olunub.
Olkemedia.az bu barədə “Azərbaycan Universitetləri” səhifəsinə istinadən xəbər verir.
R.Qasımova 2021-ci ildə 683.2 bal toplayaraq II qrup üzrə ölkə ikincisi olub və Prezident təqaüdünə layiq görülüb.
Qeyd edək ki, o, 2024-cü ildə mübadilə ilə Almaniyada Schmalkalden Tətbiqi Elmlər Universitetində 1 semestr təhsil alıb. Eyni zamanda, Röya ACCA tələbəsi olaraq 2024-cü ilin dekabr sessiyasında “Financial Reporting” imtahanında 95% nəticə göstərərək ölkə üzrə ən yüksək balı toplayıb və “National Prizewinner” adına layiq görülüb.