Xəzər dənizində ZƏLZƏLƏ oldu
Xəzər dənizində 4.6 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Olkemedia.az -a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, 12.04.2026,saat 22:46-da qeydə alınan zəlzələnin ocağı 18 kilometr dərinlikdə olub.