Salyanda avtomobil aşıb, ölən və xəsarət alanlar var
Salyanda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət şəxslərin vəziyyəti məlum olub.
Bu barədə Olkemedia.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib:
“Ələt-Astara magistral avtomobil yolunun Salyan rayon ərazisindən keçən hissəsində qeydə alınan yol-nəqliyyat hadisəsi səbəbi ilə aprelin 12-də saat 8 radələrində 3 nəfər (2 kişi, 1 qadın) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif növ bədən xəsarətləri alan yaralılara zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti ağır qiymətləndirilən 1 nəfərin (qadın) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 09:20-də ölüm faktı qeydə alınıb.
2 nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir”.