ABŞ-dən kosmosa yeni missiya: Beş ton yük orbitə göndərildi

4LA8nGUZutIxq1IbVQLsG0O7G9XpFaVyrBQXsD08_1200

ABŞ-nin “Cygnus XL” yük kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya doğru buraxılıb.

Olkemedia.az NASA-ya istinadən xəbər verir ki, buraxılış “Falcon 9” raketi ilə Kanaveral burnundan həyata keçirilib.

Məlumata görə, gəminin BKS-ə birləşməsi bazar ertəsi planlaşdırılır və bu proses stansiyanın manipulyatoru vasitəsilə həyata keçiriləcək.

“Cygnus XL” stansiyaya təxminən 5 ton yük, o cümlədən ərzaq və elmi avadanlıq çatdıracaq və oktyabr ayınadək orbitdə qalacaq.

Qeyd olunur ki, bu, “Cygnus XL”in ikinci uçuşudur.